Bank

2026-cı ilin əsas trendlərindən biri "OpenBanking" modelinin tətbiqi olacaq

2026-cı ilin əsas trendlərindən biri "OpenBanking" modelinin tətbiqi olacaq.

Bunu “Paşa bank" ASC-nin idarə heyətinin üzvü Cəlal Orucov bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, bu proses həm Mərkəzi Bankın tənzimləyici fəaliyyəti, həm də maliyyə sektorunda şəffaflığın artırılmasına gətirib çıxaracaq: "OpenBanking"in tətbiqi bank sektorunda yeni çağırışlar yaradacaq. Bankların bu modeli gündəlik əməliyyatlara inteqrasiya etməsi və onun üzərindən gəlir mexanizmini formalaşdırması əsas məsələlərdən biri olacaq".

C. Orucov vurğulayıb ki, fintex şirkətləri üçün isə "OpenBanking" uzun müddətdir gözlənilən yeni imkanlar açır: "Sektorun qarşısında duran əsas sual bu imkanlardan nə dərəcədə effektiv istifadə ediləcəyi və yeni xidmətlərin bazara hansı sürətlə çıxarılacağı ilə bağlıdır". (Teleqraf)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)