Bank

Azərbaycan bankları "Bloomberg" ticarət sistemindəki əməliyyatların sayını 16 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 51,9 milyard manat məbləğində 2 864 ədəd əqd bağlayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,7 % az və 16,1 % çoxdur.

Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 95%-i 1-3 günlük olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)