Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib
Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin qara qutusu bu ölkəyə gətirilib.
Bu barədə "Yeni Şafak" qəzeti xəbər verir.
"CNN Türk" telekanalı isə Gürcüstandan qara qutunu Türkiyəyə daşıyan təyyarənin artıq paytaxt Ankaraya eniş etdiyi məlumatını paylaşıb.
Telekanal həmçinin qara qutunun oxunmasının hadisənin baş vermə səbəbini üzə çıxaracağını da qeyd edib.















