MALİYYƏ

AMB uçot dərəcəsini bu ilin sonuna qədər 7,25 %-ə qədər artıracaq - PROQNOZ

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin IV rübündə uçot dərəcəsini 7,25 %-ə qədər artıra bilər. Bu, Niderlandın ən böyük bank qrupu olan "ING Group"un gözləntiləridir.

Qrupun proqnozlarına görə, AMB uçot dərəcəsini 2026-cı ilin III rübünə qədər 7,25 % səviyyəsində saxlaya bilər.

Daha sonra, 2026-cı ilin III rübündə dərəcə 7,5 %-ə, IV rübdə 8 %-ə, 2027-ci ilin I rübündə 11 %-ə qədər artacaq, II rübdə 10,75 %-ə enəcək və III rübdə eyni səviyyədə qalacaq, IV rübdə isə 10,5 %-ə qədər azalacaq.

Xatırladaq ki, 2025-ci il oktyabrın 22-də Mərkəzi Bank uçot dərəcəsini 7 % səviyyəsində saxlayıb. Neft qiymətlərinin ucuzlaşması ilə bağlı ölkəyə valyuta axınının azalacağı təqdirdə AMB-nin uçot dərəcəsini yenidən qaldırması ehtimalı varmı - ENA.az saytının sualına cavab olaraq, Tənzimləyici qurumun rəhbəri Taleh Kazımov "xeyr" deyə cavab vermişdi.

T.Kazımovun sözlərinə görə, neftin qiymətləri ilə uçot dərəcəsi arasında birbaşa bağlantı yoxdur, bu təsir dolayısıdır. AMB əksinə, kredit faizlərini salmaq üçün yumşaq uçot siyasətini davam etdirməyi düşünür.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)