MALİYYƏ

Azərbaycan qeyri-rezident müəssisələrin dividend ödənişini vergiyə cəlb edə bilər

Azərbaycanda qeyri-rezident müəssisələrin ödədiyi dividendlər vergiyə cəlb edilə bilər.

ENA.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, qeyri-rezident müəssisələrin ödədiyi dividenddən 5 % vergi tutulması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)