Gündəm

Ramiz Mehdiyevin köməkçisi də həbs edildi

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs olunub.

Məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə E.Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt onun köməkçisi olub.

Qeyd edək ki, bu barədə ilk məlumatı Manset.az saytı yayıb. Bildirilib ki, AMEA katibliyinin keçmiş rəisi Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)