Birja

Dünya bazarlarında neft ucuzlaşır (30.10.2025)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,44% azalaraq 1 barelə görə 64,04 ABŞ dolları təşkil edib.

ENA.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 051% azalaraq 60,17 ABŞ dollarına bərabər olub.

ABŞ prezidenti Donald Trampın Cənubi Koreyada Çin prezidenti Xi Jinping ilə görüşündən sonra Çinə tətbiq edilən tarifləri 57%-dən 47%-ə endirdiyini elan etməsi nəticəsində neft ucuzlaşıb.

Bu açıqlama qlobal iqtisadi artım proqnozunu bulandıran gərginliyin azaldığına işarə kimi qiymətləndirilib.

Trump, Pekinin ABŞ soya paxlasının alışını bərpa etməsi, nadir torpaq ixracını bərpa etməsi və qeyri-qanuni fentanil ticarətini dayandırması müqabilində Çinə tarifləri azaltmaq üçün bir illik razılaşma bağlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)