Azərbaycanın dövlət zəmanətli borcunun tərkibi açıqlanıb
Azərbaycanın bu il oktyabrın 1-nə 10 milyard 686,5 milyon manat (ÜDM-in 8,2 %-i qədər) olmuş dövlət zəmanətli borcunun 9 milyard 24,1 milyon manatı (5 milyard 308,3 milyon ABŞ dolları) və yaxud 84,4 %-i xarici kreditlərin, 1 milyard 662,4 milyon manatı və yaxud 15,6 %-i isə daxili kreditlərin payına düşüb.
ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, xarici dövlət zəmanətli borc portfelinin 79,1 %-i və yaxud 4 196,8 milyon ABŞ dolları məbləğində hissəsi "Cənub Qaz Dəhlizi" QSC-nin cəlb etdiyi kreditlərə verilən dövlət zəmanətlərindən ibarətdir.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,8 %-ni sabit, 41,2 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 %, avro – 18,5 %, manat – 12,4 %, yapon yeni – 3,9 %, digər valyutalar – 1,9 %.


















