Lisey və gimnaziyalara şagird qəbulu elektron formada ola bilər
2026-2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu elektron formada ola bilər.
Bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
Onun sözlərinə görə, elektron qəbul üçün infrastruktur qurulmalıdır:
"Bu istiqamətdə görülən hazırlıqları yekunlaşdıra bilsək, növbəti ildən qəbul elektron formada olacaq. Həmçinin imtahan sualları təkmilləşdiriləcək".
Qeyd edək ki, növbəti tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.


















