Bank

Hansı banka qoyulan depozit ən çox gəlir gətirir? - SİYAHI

2019-cu ilin fevral ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda əhalidən cəlb olunan milli valyutada olan əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.

FED.az xəbər verir ki, araşdırmaya görə, manatla qəbul olunan depozitlərin dərəcələri “Accessbank”da 10,30%-11,00%-dən 11,30%-12,00%-ə, “Amrahbank”da - 10,00%-10,50%-dən 12,00%-12,50%-ə, “Azərbaycan Sənaye Bankı”nda - 8,00%-10,00%-dən 11,00%-12,00%-ə kimi artıb, “Unibank”da isə 11,50%-12,00%-dən 10,50%-11,00%-ə kimi azalıb.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 5,25%-12,75% diapozonunda qəbul edir. Manat üzrə ən yüksək faizləri "Muğanbank", ən aşağı faizləri isə "Ziraat Bank Azərbaycan" təklif edir.

Banklar dollar əmanətlərini 0,10%-3,00%-lə cəlb edirlər. Ən sərfəli faizləri yüz faiz xarici kapitallı "Accessbank", yerli "Amrahbank", "Atabank" , "Bank of Baku", "BTB Bank", "GünayBank", "NBC Bank" və "Nikoil Bank" təklif edir.

 

Eləcə də bax: 22 bankın kredit portfeli artıb, 8-nin azalıb - SİYAHI

 

Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi “Ata Bank”da müəyyən olunub.

Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Premium Bank" (minimum məbləğ 500 000 AZN), "Paşa Bank" (30 000 AZN), və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Aşağıdakı cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir:

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)