BİZNES

“Apple”ın bazar dəyəri ilk dəfə 4 trilyon dollara çatıb

ABŞ-nin texnologiya nəhəngi “Apple”ın bazar dəyəri ilk dəfə olaraq 4 trilyon dollara çatıb.

ENA.az xəbər verir ki, şirkətin səhmləri ABŞ bazarlarının açılmasından qısa müddət sonra 0,4 faiz artaraq 269,87 dollar olub.

Analitiklər bildiriblər ki, “Apple”ın səhmlərindəki son artım onun sentyabr ayında satışa çıxarılan ən son smartfonuna güclü tələbatla bağlı olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)