BİZNES

SOCAR-da təyinat olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İnzibati və təsərrüfat departamentinə direktor təyin edilib.

Məlumata görə, bu, Ceyhun Əzizlidir. O, 2025-ci ilin oktyabrından bu vəzifənin icrasına başlayıb.

C.Əzizli 2022-ci ildən SOCAR-ın heyətinə qoşulub. Buna qədər Elm və Təhsil Nazirliyində və Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb.

O, Bakı Dövlət Universitetində bakalavr, magistratura və fəlsəfə elmlər doktoru kimi dərəcələrə yiyələnib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)