"Windows 10" işlətmək artıq təhlükəlidir

"Microsoft" 14 oktyabr 2025-ci ildə "Windows 10" əməliyyat sisteminə dəstəyi dayandıracaq.
ENA.az şirkətə istinadən xəbər verir ki, artıq texniki yardım, təhlükəsizlik yeniləmələri və xüsusiyyət yeniləmələri təmin edilməyəcək. Bununla belə, mövcud əməliyyat sistemləri işləməyə davam edəcək.
"Microsoft" qeyd edib ki, oktyabrın 14-dən sonra "Windows 10"dan istifadəni davam etdirmək təhlükəlidir, çünki yeniləmələr olmadan zərərli proqramlara yoluxma riski artır.
Şirkət "Windows" 11-ə keçməyi tövsiyə edib.
"Statcounter"in məlumatına görə, "Windows" masaüstü əməliyyat sistemləri qlobal bazarın 70%-dən çoxunu təşkil edir. Bu versiyalar arasında "Windows 10" və "Windows 11" 59% payla ən populyar olaraq qalır.