Vakansiyalar

Mərkəzi Bank işçilər axtarır- VAKANSİYALAR

Aparıcı mütəxəssis

 Son tarix 28 okt 2025 

Struktur bölmənin adı

  • Ödəniş sistemləri və məhsulların inkişafı departamenti Ödəniş məhsullarının planlaması və koordinasiyası şöbəsi

Vəzifənin funksiyaları:

  • Departamentdaxili struktur vahidləri arasında məlumat mübadiləsinin səmərəli təşkil olunmasını, iş axınlarının koordinasiyasını təmin edir və hər bir mərhələdə nəticələrini izləyir;
  • Xarici tərəfdaşlarla (banklar, ödəniş təşkilatları, təchizatçılar və s.) mütəmadi görüşlər təşkil edir, ortaq layihələrin icrasını izləyir və nəticələri barədə hesabat hazırlayır;
  • Beynəlxalq və yerli təşkilatlarla ödəniş sistemlərinin inkişafı üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsini və qarşılıqlı layihələrin koordinasiyasını təmin edir;
  • Məhsulun inkişaf prosesini izləyir, hər hansı bir gecikmənin və ya qarşıya çıxan problemlərin qarşısını alır;;
  • Məhsulun inkişafında komandalar arasında daim məlumat axınını təmin edir, yuxarıdakı idarəetmə səviyyəsi ilə aşağıdakı komanda üzvləri arasında əlaqələndirməni təmin edir;
  • Departamentin gördüyü və növbəti dövr üzrə planladığı işlər barədə dövri hesabatlar hazırlayır və aidiyyəti üzrə təqdim edir.

Texniki kompetensiyalar

  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri (orta səviyyədə)
  • Layihələri idarəetmə bacarığı (orta səviyyədə)
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər (orta səviyyədə)
  • Təqdimat və yazı bacarıqları (orta səviyyədə)

Təcrübə

  • Müvafiq sahədə iş təcrübəsi (2 il) 

Təhsil

  • İT, idarəetmə, iqtisadiyyat, biznes, komputer texnologiyaları yönümlü ixtisaslar üzrə ali təhsil 

Dil bacarığı

  • Yüksək səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili və orta səviyyədə Rus dili 

Kompüter bacarıqları

  • MS Office proqramları (Yüksək səviyyədə)
  • Biznes proses analizi və modelləşdirmə alətləri (Yaxşı səviyyədə)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

 

***

İqtisadçı

 Son tarix 27 okt 2025

Struktur bölmənin adı

  • Tədqiqatlar departamenti Mikroiqtisadi tədqiqatlar şöbəsi

Vəzifənin funksiyaları:

  • Təhlil və tədqiqatlar üçün tələb olunan statistik göstəricilərin mütəmadi toplanması,  məlumat bazalarının yenilənməsi və tədqiqat işinin tələblərinə uyğunlaşdırılması;
  • İqtisadiyyatın sahələri üzrə tədqiqatların aparılması, o cümlədən sənaye-klaster siyasəti, sənaye iqtisadiyyatına dair araşdırmalarda iştirak;
  • Mikroiqtisadi subyektlərin, o cümlədən ev təsərrüfatları və şirkətlərin maliyyə-iqtisadi davranışlarının, biznesin inamı və istehlakçı gözləntilərinə təsir edən amillərin analitik təhlilində və bu istiqamətdə tədqiqat işlərinin aparılmasında iştirak;
  • İşsizlik, bazar uğursuzluğu və rəqabət, səmərəlilik və sair kimi mikroiqtisadi məsələlər üzrə tədqiqat ideyalarının müəyyən edilməsində, bu sahədə araşdırmaların aparılması və nəticələri barədə analitik yazıların hazırlanmasında iştirak;
  • Müxtəlif məlumat bazaları, o cümlədən böyük verilənlərdən istifadə etməklə istehlak bazarında qiymətlər, daşınmaz əmlak bazarında qiymətlər, iqtisadi fəaliyyət sahələri üzrə ödəniş məlumatları əsasında iqtisadi aktivlik kimi göstəricilərin mütəmadi təhlili;
  • AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasında iştirak;
  • Maliyyə sektoru, xüsusilə bank sektoruna dair tədqiqatların aparılmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların, metodoloji sənədlərin hazırlanmasında iştirak;

Texniki kompetensiyalar

  • Mikroiqtisadiyyat (yüksək səviyyədə)
  • Ümumi iqtisadiyyat və bankçılıq (yüksək səviyyədə)
  • Monetar iqtisadiyyat və pul siyasəti (orta səviyyədə)
  • Statistika və ekonometrika (orta səviyyədə)
  • Makroiqtisadiyyat (orta səviyyədə)
  • Beynəlxalq iqtisadiyyat (orta səviyyədə)
  • Təqdimat və yazı bacarıqları (orta səviyyədə)

Təcrübə

  • Müvafiq sahədə iş təcrübəsi (2 il) 

Təhsil

  • İqtisadiyyat (Ali təhsil)
  • Maliyyə (Ali təhsil) 

Dil bacarığı

  • Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri 

Kompüter bacarıqları

  • MS Office proqramları (yüksək səviyyədə)
  • Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (R, Python, Stata, Eviews, Matlab proqramlarından hər hansı biri üzrə orta səviyyə) 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)