"Rabitəbank"da - YENİ TƏYİNATLAR
“Rabitəbank”ın Marketinq departamentinə yeni təyinatlar olub.
Bankdan "BI"yə daxil olmuş məlumata görə, marketinq departamentinin direktoru vəzifəsinə Ələkbər Eyvazlı, marketinq meneceri vəzifəsinə isə Nazlı Orucova təyin edilib.
Marketinq departamentin yeni rəhbəri Ə. Eyvazlı, bundan əvvəl bir sıra yerli və xarici şirkətlərdə o cümlədən “Samsung Electronics”, “FİNCA Azerbaijan”, “Azersun Holding”, “Kapital Bank”da aparıcı marketinq mütəxəssisi vəzifələrində, N. Orucova isə “Bakcell”, “GoldenPay”də Marketinq və Rəqəmsal sahə üzrə müxtəlif aparıcı vəzifələrdə çalışmışdır.
Qeyd edək ki, “Rabitəbank”ın Marketinq departamentinin rəhbəri Elmir Əliyevrəqəmsal sahədə konsultasiya fəaliyyətini davam etdirmək səbəbi ilə, vəzifəsinin icrasını dayandırıb.