Sosial iqtisadiyyat

İqtisadiyyat naziri: "Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-ə çatacaq"

Tezliklə Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70 %-ə çatacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Xatırladaq ki, ötən il Azərbaycanda 126 milyard 337 milyon manatlıq ÜDM istehsal olunub. Bunun 67,85 %-i və yaxud 85 milyard 712,4 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb,

M.Cabbarovun fikrincə, Azərbaycanda istehsal olunan məhsul və xidmətlərın rəqabət qabiliyyəti getdikcə artacaq.

"İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektorudur. 2021–2024-cü illərdə bu sahə orta hesabla 6,7 % artım nümayiş etdirib. Bu, yaxşı göstəricidir, lakin biz həmişə daha yüksək templərin axtarışındayıq", - deyə nazir əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)