Persona

AQTA-da kadr dəyişiklikləri olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişikliyi olub.

Sədr Qoşqar Təhməzlinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.

Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)