“Qala Həyat”ın rəhbərliyinə təyinat olub

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Məlumata görə səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Cəlilov Amil Həsən oğlu İdarə Heyətinin üzvü seçilib.
O, buna qədər “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Satış Departamentinin direktoru vəzifəsində çalışıb.
Bununla da, sığorta şirkətinin İdarə Heyəti sədrlə birlikdə üzvlərinin sayı beşə yüksəlib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.