Birja

"Borsa İstanbul"da manipulyasiya ittihamı ilə 14 nəfər tutuldu

Borsa İstanbul (BIST) səhm bazarında əməliyyatları manipulyasiya etməkdə şübhəli bilinən 14 şübhəli saxlanılıb.

İstanbul Respublika Baş Prokurorluğu, ticarət edilən kapital bazarı alətlərində ticarət həcmi və səhm qiymətlərində normal vəziyyətə zidd dalğalanmalar yaşandığını və bu süni artımların kiçik investorların itkisinə səbəb olduğunu aşkar etdikdən sonra araşdırma başladıb.

Baş Prokurorluq 14 şübhəli barəsində həbs qətimkan tədbiri seçib.

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları şübhəlilərin tutulması üçün eyni vaxtda əməliyyat keçirib.

14 şübhəli nəzarətə alınaraq İstanbul Polis İdarəsinin Vətən küçəsindəki şəhərciyinə aparılıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)