Azərbaycanın vergi orqanlarının büdcə öhdəliyi 9 %-ə yaxın artırılır
2026-cı ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə 16 milyard 821 milyon manat vəsait köçürəcəyi gözlənilir.
ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,5 % çoxdur.
Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların 78,6 %-i və yaxud 13 milyard 221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 %-i və yaxud 3 milyard 600 milyon manatı neft-qaz sektorunun payına düşür.


















