BQXK sabah Azərbaycandakı Nümayəndəliyini bağlayır – RƏSMİ

Azərbaycan hökumətinin qərarına əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 3 sentyabr 2025-ci il tarixində ölkədəki nümayəndəliyini bağlayacaq.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib.
Qeyd edilib ki, BQXK öz mandatına və Azərbaycanın Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslərə dəstək vermək üçün Azərbaycan hakimiyyəti ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək:
“Biz humanitar diplomatiya və ümumi maraq doğuran digər humanitar məsələlər üzrə dialoqumuzu davam etdirmək niyyətindəyik”.