"SOCAR-ın bankı" nizamnamə kapitalını artırır

"Azər-Türk Bank" ASC nizamnamə kapitalını daha 21,5 milyon manat və yaxud 27,2 % artıraraq 79 milyon manatdan 100,5 milyon manata çatdırmağı planlaşdırır.
Kapital artımı maliyyə qurumunun dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1,58 manatdan 2,01 manata çatdırılması hesabına baş tutacaq.
"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır.