Bank

2015-ci ilin son ayında kredit götürənlərə 6 000 AZN güzəşt olacaq

Son illərdə ilk sıralarda ictimai müzakirə olunan məsələrdən olan “problemli kreditlər”ə dair Azərbaycan Prezidentinin fərmanından sonra bir çoxlarını onun necə hesablanacağı sualı düşündürürdü.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi kalkulyator həmin suallara konkret aydınlıq gətirib.

Eləcə də bax: Bir neçə bankda problemli krediti olanlara kompensasiya necə hesablanacaq?

Hesablamaya görə, əgər siz 2015-ci ilin fevral ayında 10 000 ABŞ dolları  (USD) kredit götürmüsünüzsə, o zaman, sizə dövlətdən kompensasiyanın həcmi 2 500 manat (AZN) təşkil edəcəkdir.

Kalkulyatorun hesablamasınba görə, 2015-ci ilin dekabrında 10 000  dollar kredit götürən və bu tarixə qalıq kredit borcu 6 000 manat qalan şəxslər dövlətdən güzəşt əldə edəcəklər.

Qeyd edək ki, bu xarici valyuta götürülən kreditlərə aid edilir.

Daha ətraflı buradan öyrənin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)