MALİYYƏ

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 5 % azalıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edib.

ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.

Gömrük daxilolmaları proqnozdan 1,9 % az icra edilib.

Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 8 ay ərzində həmin məbləğin 63 %-i təmin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)