Bakı Şəhər İcra Hakimiyyəti tikinti işlərinin icrası məqsədilə podratçılar seçir
Bakı Şəhər İcra Hakimiyyəti tikinti və təmir işlərinin həyata keçirilməsi məqsədilə podratçılar seçir. Bu barədə İH-nin elanında deyilir.
Seçim 3 lotdan ibarətdir və açıq tender üsulu ilə keçirilir: küçə səkiləri, parklar və bağlarda abadlaşdırma işlərinin həyata keçirilməsi; məhəllədaxili yolların asfalt örtüyünün çəkilməsi; sosial-məişət və mədəniyyət obyektlərinin əsaslı təmiri.
1-ci və 2-ci lotda iştirak haqqı 750 manat, 3-cü lotda – 400 manat təşkil edir.
Şirkətlərdən tener təklifləri aprelin 16-da saat 17:00-dək qəbul olunur. Tender proseduru aprelin 19-da saat 10:00-da baş tutacaq.