Qızıl rekord səviyyədə bahalaşdı (01.09.2025)

Birjalarda qızılın qiyməti rekord səviyyədə bahalaşıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.84% artaraq 3.546 ABŞ dollarına bərabər olub.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.59% artaraq 41.37 ABŞ dolları təşkil edib.