Hadisə

İsrail "erməni soyqırımını" tanıdı. Türkiyə-İsrail gərginliyi daha da artdı

Ermənilər təfəfindən amansız soyqırıma məruz qalan Azərbaycan strateji müttəfiq ölkədən gözləmədiyi bir xəbər aldı. İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq "erməni soyqırımı"nı tanıdığını bildirdi. Bu barədə The Times Of İsrael məlumat paylaşıb.

İsrailin heç bir baş nazirinin niyə soyqırımı tanımadığına dair təzyiqə məruz qalan Netanyahu, "Mən indi tanıdım. Buyurun" deyə cavab verib.

Yenidən baş nazirdən:"  İsrailin niyə indiyə qədər "erməni soyqırımı"nı tanımayıb" soruşduqda Netanyahu belə cavab verib: "Məncə, tanıyıblar. Düşünürəm ki, Knesset bununla bağlı qətnamə qəbul edib". 

Halbuki, belə bir qanun qəbul olunmayıb.

Xatırladaq ki, ötən ilin ilk ayında  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə İsrailin Qəzza zolağında “soyqırım” törətdiyini sübut edən materialları toplayıb Cənubi Afrikaya ötürüb.O, həmçinin əmin edib ki, Ankara İsrailə qarşı əlində olan bütün ittihamedici materialları verməyə davam edəcək. Türkiyə prezidenti əlavə edib: “İsrailin soyqırımda günahkar bilinəcəyinə inanıram”.

İsrailin xarici işlər naziri İsrael Katz Ərdoğana cavab verdi. O, X hesabında yazdı ki, biz erməni soyqırımını unutmamışıq: “Erməni xalqına qarşı soyqırım törədən və dünyanın susacağını düşünən Türkiyə prezidenti bu gün İsraili soyqırımda ittiham etməyə kömək edə biləcək materialları Haaqa məhkəməsinə çatdırdığı üçün fəxr edir. Sizi eşitdik. Biz nə erməni xalqının soyqırımını, nə də kürdlərə qarşı qırğını unutmamışıq. İnsanları öldürdünüz. Biz sizin barbar dostlarınıza qarşı özümüzü müdafiə edirik”.

İsrail Katz 2018-ci ildə  İsrailin Kəşfiyyat naziri işləyərkən də Türkiyəni hədələmişdi. O bildirmişdi ki, erməni soyqırımını tanımamaq üçün əxlaqi və tarixi baxımdan bir səbəbimiz yoxdur:"“Ərdoğan gərginliyi artırmağa çalışır. O, Müsəlman Qardaşlarının üzvüdür və İsrailin ideoloji düşmənidir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)