Mask “Apple” və “OpenAI” şirkətlərini məhkəməyə verib

Amerikalı biznesmen İlon Mask “Apple” və “OpenAI” şirkətlərini süni intellekt sahəsində rəqabətə mane olduğu iddiası ilə məhkəməyə verib.
İlon Mask bu barədə “X” hesabında paylaşım edib.
O, Texasda federal məhkəmədə iddia qaldıraraq bildirib ki, “Apple”, “App Store”da “OpenAI”dan başqa heç bir süni intellekt şirkətinin birinci yerə çıxmasına imkan vermir.
“Bu isə istehlakçıları seçim hüququndan məhrum edir”,-deyə Mask bildirib.