ENA+

Gürcüstan ilə Honkonq arasında azad ticarət dövriyyəsinə dair saziş qüvvəyə minib

Gürcüstan ilə Çinin xüsusi statusa malik olan Honkonq bölgəsi arasında azad ticarət dövriyyəsinə dair saziş qüvvəyə minib. Bu, Gürcüstan ilə Honkonq arasında ticarət dövriyyəsinin artmasında mühüm rol oynayacaq.

"BI" Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bununla bağlı saziş 2018-ci ilin iyun ayında “Bir kəmər - Bir yol” sammiti zamanı imzalanıb.

Dünyanın ən böyük transmilli maliyyə mərkəzlərindən olan Honkonq ilə imzalanmış saziş Gürcüstan ilə Çinin xüsusi administrativ dairəsi arasında azad ticarət, mal dövriyyəsi, intellektual mülkiyyət üzərində hüquqların qorunması, sanitar və fitosanitar nəzarəti və s. məsələləri əhatə edir.

Ötən ilin səkkiz ayında Honkonq ilə Gürcüstan arasında ticarət dövriyyəsi 79,9 milyon dollar olub. Bunun da 3,9 milyon dollarını Gürcüstandan Honkonqa ixrac olunan mallar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)