Hesabatlar

Dövlət Neft Fondu bu il 14,3 ton qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 14,3 ton qızıl alıb.

Bİ.az xəbər verir ki, bu barədə Neft Fondundan məlumat verilib.

“2017-ci ilin sonuna Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,5 troya unsiyası) olub. Cari ildə əlavə olaraq 14 ton 343,6 kiloqram (461 156,7 troya unsiyası) qızılın alınması ilə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı bu il sentyabrın 30-u tarixinə 44 ton 518,5 kiloqram (1 431 302,31 troya unsiyası) və yaxud 1 milyard 694 milyon ABŞ dolları təşkil edib”, - deyə ARDNF-dən bildirilib.

 

Qeyd edək ki, qızıl Neft Fondunun investisiya portfelinin 4,3 faizini təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)