Sığorta

Avtomobil dileri sığorta şirkətinin 2-ci böyük səhmdarı oldu

“Toyota Abşeron Center” (Toyota Abşeron Mərkəzi) iki əməliyyat nəticəsində “Bakı Sığorta” şirkətinin səhmlərinin 12,33%-ni əldə edib. Məlumata görə, birinci əməliyyatda şirkət 527 ədəd, ikinci əməliyyatda 922 səhm satın alıb.


"Businessinsider.az" xəbər verir ki, “Toyota Abşeron Center” payları digər hüquqi şəxs səhmdarlardan əldə edib. Şirkətdə mühüm iştirak payına (51%-dən çox) malik olan “Bank Respublika” ASC-nin payının təxminən 60% səviyyəsindən 51-52 faiz səviyyələrinə düşdüyü bildirilir. “Bakı Sığorta” səhmdarlarının payları barədə dəqiq nisbətlər Milli Depozit Mərkəzinin təqdim edəcəyi arayışdan sonra məlum olacaqdır. 


Son əməliyyatlaradək, nizamnamə kapitalı 8 milyon 925 min 440 manat olan "Bakı Sığorta"nın səhmdarları “Bank Respublika” (57,9785%), “Diamond Motors Şirkəti” (9,3750%), “Subaru Azərbaycan” şirkəti (9,3750%), “Yeni Motor Şirkəti”, Murad Rəhimov (6,9653%) və Behbud Nəcəfov (6,9321%) idi.


“Bakı Sığorta”, səhmdarı olmamışdan öncə “Toyota Abşeron Center” ilə əməkdaşlıq edir. 


“Toyota Abşeron Center” "Toyota Motors Corporation" şirkətinin Azərbaycanda rəsmi dileridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)