ENA+

İti ödənilməyən vergilərə görə müsadirə edib "eBay"da satdılar

Almaniyada it ödənilməyən vergilərə görə müsadirə edilib.

"BI" xəbər verir ki, bu barədə BBC bildirib.

Məlumata görə, hadisə Alene şəhərində baş verib. Qeyd edilir ki, məmurlar əvvəlcə ən qiymətli əşya kimi əlil arabasını müsadirə etmək istəyiblər. Ancaq onlar sonradan "Edda" ləqəbli itin üzərində dayanıblar. Məmurlar sonda ödənilməmiş vergilərə görə iti müsadirə ediblər və onu "eBay"da satıblar.

Məmurlardan biri heyvana 750 avro qiymət qoyub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)