HI-TECH

Tramp administrasiyası Apple-ı ABŞ hökumətini aldatmaqda ittiham edib

Ağ Ev, texnologiya nəhəngi Apple-ı istehsalın Çindən ABŞ-a köçürülməsi prosesini qəsdən ləngitməkdə ittiham edib. Bu barədə ABŞ prezidentinin ticarət və istehsalat məsələləri üzrə baş müşaviri Piter Navarro “CNBC” telekanalına açıqlamasında bildirib.

Navarro iddia edib ki, Apple rəhbəri Tim Kuk hələ Trampın ilk prezidentliyi dövründən istehsalın relokasiyası üçün əlavə vaxt istəyirdi. Lakin onun fikrincə, şirkət bu istiqamətdə real addımlar atmayıb.

“Bugünkü texnologiyalar və süni intellekt imkan verdiyi halda Apple nəyə görə istehsal prosesini başqa ölkələrdə, o cümlədən ABŞ-da təşkil edə bilmir?”, — deyə müşavir sual edib.

Xatırladaq ki, bir çox iqtisadçılar və sənaye analitikləri daha əvvəl xəbərdarlıq etmişdilər ki, Apple kimi nəhəng korporasiyanın istehsalatını ABŞ-a köçürmək logistika, maliyyə və ixtisaslı işçi çatışmazlığı səbəbindən ciddi çətinliklər yarada bilər. Hazırda Apple 40-dan çox ölkədən minlərlə komponent alır və bu, qlobal təchizat zəncirinin mərkəzində dayanır.

Navarronun sərt çıxışı, Tramp administrasiyasının yeni idxal tariflərini tətbiq etməyə hazırlaşdığı dövrə təsadüf edir. 2025-ci ilin aprelində ticarət sazişlərinin yenilənməsi məqsədilə elan olunmuş 90 günlük fasilə artıq başa çatır. Bu fasilənin sonunda bir sıra ölkələr üçün 10–40% arasında yeni ixrac rüsumları qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)