İranla İsrail arasında atəşkəs qüvvəyə mindi

İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib.
ENA.az xəbər verir ki, bu barədə məlumatı İranın “Press TV” telekanalı yayıb.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçı “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da dayandırdığını yazıb.
O, həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.