Rəsmi

Gürcüstan prezidenti Azərbaycanla vacib layihənin anonsunu verdi

Gürcüstan və Azərbaycan arasında münasibətlər həm də ona görə mükəmməl səviyyədədir ki, biz bu gün iki ölkə arasında yeni perspektivləri müzakirə edirik.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili AZƏRTAC-a verdiyi müsahibədə danışıb.  

“Bu perspektivlər iki ölkənin sərhədlərini aşır. Ona görə ki, bizim ölkələr çoxsaylı nəqliyyat və ticarət marşrutlarının keçdiyi regionda yerləşib”, - Gürcüstan prezidenti bildirib.

Onun sözlərinə görə, regionda yeni vacib bir layihənin gerçəkləşdirilməsi məsələsində Gürcüstan və Azərbaycanın mövqeləri üst-üstə düşür.

“Mən Xəzər dənizi, Qara dəniz və Şərqi, Qərbi əhatə edən geniş coğrafiyanı nəzərdə tuturam. Bu, çox çətin, lakin ümidverici bir layihədir. Güman edirəm ki, dost və məhsuldar münasibətlərimiz belə iddialı layihələrin öhdəsindən gəlməyə imkan verəcək. Hər iki ölkə olduqca iddialıdır”.

Zurabişvilinin sözlərinə görə, iyul ayında Batumidə vacib bir konfrans keçiriləcək.

“Burada əsas diqqət Qara dənizin hər iki tərəfində böyük inkişaf imkanlarından biri kimi nəqliyyat məsələsinə ayrılacaq. Bu baxımdan Xəzər dənizi hissəsi son dərəcə vacibdir, belə ki, nəqliyyatdan söz açırıqsa, bu, bütün dəhlizlərin – o cümlədən, orta dəhlizin və Qara Dəniz boyunca olan dəhlizlərin birləşdirilməsinin vacibliyi anlamına gəlir”, - deyə Zurabişvili söyləyib.

Gürcüstanlı prezident hesab edir ki, XXI əsrdə bu, Bakı-Tbilisi-Ceyhan layihəsi ilə müqayisə oluna bilər.

“Hər ikisi özlüyündə bir inqilabdır və böyük inkişafı tərənnüm edir. Düşünürəm ki, perspektivlər mükəmməldir, bütün tərəfdaşlarımız – Türkmənistan, Qazaxıstan buna böyük maraq göstərir.

Xəzər dənizi ilə bağlı razılaşmanın əldə olunması yaxşı əlamətdir. Biz öz növbəmizdə limanları inkişaf etdiririk, artıq üçüncünü tikməyə başlamışıq. Qonşu ölkələrin Qara dənizin qarşı tərəfinə. Ona görə yaxşı perspektivlər var.

Bunun üçün bizim, əlbəttə ki, regionda sabitliyə ehtiyacımız var. Bu, ən vacib məsələdir. Bu gün sülh və stabillik – bizim əsas, pozitiv üstünlüyümüzdür. Biz bunu qoruyub-saxlamalı və inkişaf etdirməliyik”, - deyə xanım dövlət başçısı vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)