Mart ayına olan hava proqnozu - AÇIQLANDI
Mart ayında hava şəraiti dəyişkən olacaq.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, mart qışdan yaza keçid ayı olduğu üçün hava şəraiti dəyişkənliyi ilə xarakterizə olunur:
“Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın olacağı ehtimalı var. Bəzi yerlərdə isə aylıq yağıntının miqdarının iqlim normasından çox olacağı proqnozlaşdırılır. Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olacağı gözlənilir”.
Gülşad Məmmədova qeyd edib ki, yaxın üç gündə havanın temperaturu dəyişkən buludlu olacaq:
“Ölkə ərazisində hava şəraiti nisbətən sabit keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək”.