"2019-da 1,2 milyon manat kredit ayırmışıq"
Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2019-cu ilin ötən dövrü ərzində 1,2 milyon manat kredit ayırılıb.
Bunu Agentliyin sədri Mirzə Əliyev bildirib.
Onun sözlərinə görə, bu məbləğə texnika, damazlıq heyvan krediti və nağd pul krediti daxildir.
“Sizə bir məlumatı da deyə bilərəm ki, orta çek, yəni orta satış məbləği 50-60 min manat civarındadır. Bu da təxminən 20-22 nəfər deməkdir”.
Mirzə Əliyev əlavə edib ki, “Aqrolizinq”də seçim imkanı yox idi və texnikalar bazardan daha yüksək qiymətlərə təklif olunurdu: “Əvvəllər 1 traktorun qiyməti 35-40 min manat idisə, bu gün eyni traktoru bazarda 30% ucuz qiymətlərə tapmaq mümkündür: “Bu, bazarın liberallaması və rəqabətin yaranması nəticəsində yaranıb”.