Bank

5 min dollaradək kreditlər devalvasiyadan əvvəlki məzənnə ilə ödəniləcək: Mərkəzi Bankda iclas

Hazırda Mərkəzi Bankda bank sektorunun və müvafiq nazirliklərin iştirakı geniş iclas gedir. İclasda bank sektorunun bütün rəhbərləri iştirak edirlər. 
 
"Businessinsider.az" xəbər verir ki, iclasın mövzusu problemli kreditlərlə bağlıdır və hazırlanan təkliflərin yekun müzakirəsi baş tutacaq. 
Real təkliflərdən birini BI öz oxucuları ilə bölüşür. Belə ki, təkliflər arasında kreditlərin bağışlanma mövzusu yoxdur. Təkliflərdən biri budur ki, dollarla olan 5 minə qədər kreditlər 1Dollar/0,78 AZN məzənnəsi ilə ödənilsin. Bu isə 2015-ci il devalvasiyasından əvvəl Azərbaycanda mövcud olmuş dollar/manat kursudur. 

Digər kreditlər üzrə məzənnə göstərici isə bundan bir qədər yüksək ola bilər. 

Qeyd edək ki, 5 minə qədər kreditlər üzrə ödənişlər üzrə göstəricilər yüksəkdir. Vətəndaşlar müxtəlif yollarla borc-xərc bu borcları ödəməyə məcbur olublar. 

Azərbaycan Banklar Asossasiyasının sədri Zakir Nuriyev BI-nin müxbiri ilə söhbətində də yüksək məbləğdə olan problemli kreditlərin əsasən biznes kreditləri olduğunu bildirmişdi. Ona görə də bu kreditlərlə bağlı hökumətin atacağı addımlar daha çox maraqlıdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department