İnşaat və əmlak

Çoxmənzilli binalarının tikintisinə investorlar cəlb edilir

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Yasamal rayonunda üçüncü sosial mənzil kompleksində çoxmənzilli yaşayış binalarının tikintisinə investorlar cəlb etməyi planlaşdırır. Bu barədə cəmiyyətin elanında deyilir.

Seçim müsabiqə yolu ilə keçirilir.

Cəmiyyət Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisinə investorlar cəlb etməyi nəzərdə tutur.

Müsabiqədə iştirak haqqı 300 manatdır.

Potensial imkanlara malik olan investorlar təkliflərini martın 18-dək təqdim edə bilərlər.

Telefon: +99412 594-54-01 (daxili: 238).

2018-ci il dekabrın 26-da prezident İlham Əliyevin iştirakı ilə Yasamal rayonunda üçüncü yaşayış kompleksinin açılışı olub.

Kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department