Sosial iqtisadiyyat

İpoteka və Kredit Zəmanət Fondunda yeni təyinat olub

İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə yeni rəis təyin olunub.

Məlumata görə, bu vəzifə Anar Cəbrayıllıya həvalə edilib.

O bu vəzifədə “Report” İnformasiya Agentliyinin baş redaktoru vəzifəsinə təyinat almış həmkarı Namiq Mailovu əvəz edib.

Xatırladaq ki, Anar Cəbrayıllı uzun illər ləğv edilmiş “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)