Sosial iqtisadiyyat

Dövlət büdcəsindən partiyalara ayrılan məbləğ açıqlandı - SİYAHI

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2018-ci ilin dövlət büdcəsində 3 milyon manat vəsait nəzərdə tutulmuşdu.

"BI" xəbər verir ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait  “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrəlmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Hazırda Milli Məclisdə 12 siyasi partiya mandat sahibidir.
 

Bunlar aşağıdakılardır:
 

1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev, 69 deputat)

2. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı, 2 deputatları - Fəzail İbrahimli, Rafael Hüseynov)

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - (sədr Qüdrət Həsənquliyev, 1 deputat)

4. Demokratik İslahatlar Partiyası - (sədr Asim Mollazadə, 1 deputat)

5. Böyük Qurtuluş Partiyası - (sədr Fazil Mustafa, 1 deputat)

6. Milli Dirçəliş Hərəkatı Partiyası - (sədr Fərəc Quliyev, 1 deputat)

7. Ana Vətən Partiyası - (sədr Fəzail Ağamalı, 1 deputat)

8. Vətəndaş Birliyi Partiyası - (sədr Sabir Hacıyev, 1 deputat)

9. Azərbaycan Sosial Rifah Partiyası - (sədr Xanhüseyn Kazımlı, 1 deputat)

10. Vəhdət Partiyası  - (sədr Tahir Kərimli, 1 deputat)

11.Azərbaycan Demokratik Maarifçilik Partiyası - (sədr Elşən Musayev, 1 deputat)

12. Azərbaycan Sosial Demokrat Partiyası - (sədr Araz Əlizadə, 1 deputat)

 

Parlament partiyalara 2018-ci ildə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin məbləğini  dəqiqləşdirib.

Məlum olub ki, hazırda parlamentdə 69 deputatı olan hakim Yeni Azərbaycan Partiyası 2018-ci ilin dövlət büdcəsindən ümumilikdə 1 milyon 367 min 857 manat vəsait alıb.

Milli Məclisdə 1 deputatla təmsil olunan Böyük Quruluş Partiyasının ötən il dövlət büdcəsindən aldığı vəsait 117 min 857 manat təşkil edib.

Parlamentdə 1 deputatla təmsil olunan digər 9 partiyanın da hər birinə 117 min 857 manat vəsait ayrılıb. Bunlar Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası.

Milli Məclisdə 2 deputatla təmsil olun Vətəndaş Həmrəyliyi Partiyasının ötən il büdcədən aldığı vəsait 235714 manat olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)