Gündəm

Mask dünyanın ən böyük zavodunu inşa edir

ABŞ-nin “SpaceX” şirkətinin təsisçisi İlon Mask “Gigabay” adını verdiyi yeni istehsal kompleksinin inşasına başlandığını açıqlayıb.

Bu barədə se7en.ws məlumat yayıb.

Milyarderin sözlərinə görə, bu obyekt tamamlandıqdan sonra Yerdəki ən böyük sənaye tikililərindən birinə çevriləcək və bəzi göstəricilər üzrə dünyanın ən böyük binası ola bilər.

“Bu, bizim “Gigabay” zavodumuzdur. Hələ tam hazır deyil, lakin tikinti prosesi sürətlə davam edir. Bura ildə min ədəd “Starship” raketi istehsal edəcək. Bu, bəlkə də dünyada analoqu olmayan bir müəssisə olacaq”, – deyə biznesmen vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)