Sosial iqtisadiyyat

Qurban bayramında Bakı-Sumqayıt-Bakı sürət qatarlarının hərəkət qrafiki dəyişəcək

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş iyunun 6, 7 və 9-u tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişdirilir.

Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, həmin günlərdə qatarlar həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək.

Məlumatda bildirilir ki, iyunun 8-də isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)