Gündəm

Ağ Ev İrana qarşı sanksiyaların tətbiqini dayandırıb

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqini faktiki olaraq dayandırıb.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ötən həftə Ağ Evin mətbuat katibi Kerolayn Livitt Dövlət Departamentinə, Xəzinədarlıq Departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətlərə fasilə verilməsini tələb edən təlimat göndərib.

Nəticədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiq göstərmək kampaniyası faktiki olaraq dayanıb.

Eyni zamanda, K.Livittin müavini Anna Kelli məsələ ilə bağlı verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib.

Qəzet qeyd edir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana məhdudiyyətlər qoyub. O vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)