Sənaye

Azərbaycanın qeyri-neft ixracında - QIZIL LİDERDİR. 3 DƏFƏ ARTIB

Azərbaycanda bu ilin ilk dörd ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında lider yenə xammaldır. Qızıl 95,4 milyon ABŞ dolları dəyərində ixracla birinci olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın may ayına aid sayında qeyd edilib ki, bu siyahıda pomidor (tomat) 74,7 milyon ABŞ dolları ixrac dəyəri ilə ikinci, karbamid 63,5 milyon ABŞ dollarlıq satışla üçüncü yerdə qərarlaşıb.

Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 14% artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9% artaraq 90,8 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının cəmi ixracı 12,2% artaraq 323,6 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon ABŞ dolları) ikinci, pambıq (22,1 milyon ABŞ dolları) isə üçüncüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)