“Apple” əməliyyat sisteminin adını dəyişmək istəyir

ABŞ-nin “Apple” şirkəti əməliyyat sistemləri (ƏS) xəttinin adını dəyişmək istəyir.
ENA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, “Apple” ƏS-lərini növbəti ilin ədədi ilə işarələmək niyyətindədir. Beləliklə, smartfonlar üçün ən aktual əməliyyat sistemi "iOS 18" əvəzinə "iOS 26" adlanacaq. Dəyişikliklər bütün ƏS xəttinə, o cümlədən kompüterlərdə, smart-saatlarda, televiziya qurğularında və planşetlərdə istifadə olunan sistemlərə şamil ediləcək.
“Apple” bu rebrendinq sayəsində öz sistemlərinin adlarını vahid formaya salmaq və həm istehlakçılar, həm də tərtibatçılar arasında anlaşılmazlıqları aradan qaldırmaq niyyətindədir. Bundan əlavə, “iPad” planşetləri üçün ƏS-də dəyişikliklər edilməsi, bununla da, onların ofis tapşırıqlarını daha rahat həll etməsi planlaşdırılır.
Rebrendinq barədə iyunun 9-da rəsmi elan ediləcəyi gözlənilir. (Teleqraf)