Pakistanın Baş naziri Hindistan rəhbərliyinə müraciət etdi
“Bu iş həm sizin, həm də bizim nəzarətimizdən çıxa bilər”.
"BI" xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan Hindistan rəhbərliyinə müraciətində bildirib.
O qeyd edib ki, ölkəsi mülki şəxslərə zərər vermək istəmir: “Əməkdaşlığa hazırıq. Ancaq indi oturub, bu məsələni necə həll edəcəyimizi birlkdə danışmağımız lazımdır. Sağlam düşüncənin qazanması vacibdir”.
Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələri fevralın 27-də ölkənin hava məkanını pozan Hindistana məxsus iki qırıcı təyyarəni vurub. Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Kəşmirdə Hindistan təyyarələrinin vurulmasının məqsədi özünümüdafiəyə istək və döyüşə hazırlığın nümayişi olub.