Bakıda bu şəxslərə pulsuz mənzillər veriləcək, 8 milyon manat ayrılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi tender elan edib.
Məlumata görə, tenderdə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Bakı şəhərində 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 7 980 000 manatdır.