Elm və Texnologiya

Bakıda daha 3 məktəb direktoru işdən çıxarıldı

Bakıda üç məktəb direktoru işdən azad olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 

Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.

Məlumatda vurğulanıb ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)