Sığorta

"Bakı Sığorta"nın rəhbərlərinin əmək haqlarına yenidən baxılacaq

Martın 28-də, saat 10:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Businessinsider.az" Sığorta Şirkətinin açıqlamasına istinadən xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 315C ünvanında yerləşən mərkəzi ofisində olacaq.

Yığıncağın gündəliyinə “Bakı Sığorta”nın 2018-ci ildəki fəaliyyətinin yekunları üzrə hesabatın dinlənilməsi və təsdiq edilməsi, şirkətin 2019-cu ildəki büdcəsinin təsdiq olunması, müstəqil auditorun seçilməsi, Cəmiyyətin Direktorlar Şurasının və Təftiş Komissiyasının üzvlərinin əmək haqlarının müəyyən edilməsi məsələləri daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department